Azərbaycan Basketbol Liqasında bu gün 4-cü turun son matçı keçiriləcək.


Rekord.az xəbər verir ki, A qrupunda "Şəki" evdə NTD ilə üz-üzə gələcək.


Qarşılaşma Şəki Olimpiya İdman Kompleksində saat 14:00-da start götürəcək. "Şəki" qrupda 5-ci, NTD isə sonuncu - 6-cı pillədə qərarlaşıb. Hər iki komandanın 3 xalı var.


Əvvəlki matçlarda "Sabah" "Gəncə"ni (87:68), "Lənkəran" "Quba"nı (102:87), "Ordu" "Sumqayıt"ı (116:81), "Abşeron Lions" "Neftçi"ni (100:95), "Naxçıvan" "Sərhədçi"ni (76:69) məğlub edib.