Misli Premyer Liqasının 2025/26 mövsümü ərəfəsində ölkə çempionatları tarixinin bombardirləri siyahısı dəyişməz qalıb.

Rekord.az xəbər verir ki, ilk “onluq”da 100 və daha çox qol vuranlar yer alıb ki, bu oyunçular da karyeralarını xeyli müddət əvvəl başa vurublar.

183 qola imza atan Nazim Əliyevin rekordu hələ də əlçatmazdır. Müşfiq Hüseynov 125 qolla ikinci, 9 top geri qalan Rövşən Əhmədov üçüncü sıradadır.

Ötən mövsümdə Premyer Liqada çıxış edənlər arasında ən yaxşı nəticə Filip Ozobiçə məxsusdur. “Neftçi”də vurduğu qollarla hesabını 66-ya çatdıran xorvat əsilli yarımmüdafiəçi siyahıda 23-cü yerə şərikdir.


33 mövsümdə ən çox qol vuran 33 futbolçu

1Nazim Əliyev183
2Müşfiq Hüseynov125
3Rövşən Əhmədov116
4-5Qurban Qurbanov115

Samir Ələkbərov115
6Alay Bəhramov108
7Nadir Nəbiyev103
8-9Xaqani Məmmədov102

Vadim Vasilyev102
10Kənan Kərimov101
11Musa Qurbanov94
12Fazil Pərvərov89
13Samir Musayev88
14-15Fərrux İsmayılov85

İmamyar Süleymanov85
16Samir Əliyev84
17İsmayıl Məmmədov76
18İlham Məmmədov74
19Azər İsayev73
20Paşa Əliyev72
21Badri Kvaratsxeliya71
22Zaur Ramazanov70
23-24Filip Ozobiç66

Yunis Hüseynov66
25-26Vidadi Rzayev65

Mahir Əliyev65
27Rauf Əliyev63
28-30Mahmud Qurbanov61

Ramiz Məmmədov61

Georgi Adamiya61
31Mahir Emreli59
32Rəşad Abdullayev58
33Davit Volkov54