2-ci liqa komandalarının cəzası açıqlandı
- 13:40
- 32
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda 2-ci Liqanın 23-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Kür-Araz” – “Göygöl” oyununda “Kür-Araz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilib.
“Kür-Araz” – “Göygöl” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna görə “Kür-Araz” komandası 100 manat cərimə edilib.
“Xankəndi” – “Dinamo” oyununun 90-cı dəqiqəsində “Dinamo” komandasının məşqçisi İsmael Vəkiliqazicahani hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “Dinamo” komandası 250 manat cərimə edilib.