AFFA Hakim və Hakim İnspektorlar Komitəsinin sədri Frits Ştuxlikin fəaliyyəti zamanla tənqid olunub, bu gün də olunur. Bu isə səbəbsiz deyil. Öz ölkəsi Avstriyada tapşırılan işi yerinə yetirə bilmədiyi üçün qovulan bu şəxs Azərbaycanda olduğu müddətdə də hakimliklə bağlı heç bir uğura imza ata bilmədi, əksinə, olan-qalan hakimliyi də məhv elədi. Çoxları hələ də bu şəxsin Azərbaycanda necə peyda olması üzərində baş sındırır.

Rekord.az-a AFFA-ya yaxın mənbələrdən çox maraqlı məlumat daxil olub.

Həmin məlumata görə, sən demə, federasiyanın planında Ştuxlik olmayıb. AFFA rəhbərliyi bu postda yunanıstanlı məşhur referi Kiril Vassarası görmək istəyib. Hətta ona konkret təklif də olunub. Lakin Vassaras Rumıniya Futbol Federasiyasından gələn təklifi daha üstün tutaraq AFFA-nın təklifindən imtina edib. Ancaq bildirib ki, müəyyən qonorara qarşılığında bizim hakimlər üçün ildə 1-2 dəfə seminar keçə bilər. Bu zaman ondan AFFA üçün məsləhət bildiyi bitr şəxsin adının çəkilməsi xahiş olunub və Vassaras da Ştuxliki tövsiyyə edib. Deyilənə görə, bu iki şəxs arasında yaxın münasibət var. Məhz Vasarasın məsləhəti ilə AFFA Ştuxliki Azərbaycana gətirib.