AÇ-2020-nin qrup mərhələsi çərçivəsində baş tutan Fransa ilə oyun Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo üçün əlamətdar olub. 

Rekord.az xəbər verir ki, o, bu görüşdə dubl etməklə Portuqaliya yığmasında vurduğu qolların sayını 109-a çatdırıb.

Bununla da 36 yaşlı futbolçu millidə ən çox qol vuran futbolçuların siyahısında zirvəyə şərik çıxıb. Buna qədər ölkəsinin əsas komandasında ən çox qol vurmuş futbolçu İran millisinin Azərbaycan əsilli keçmiş forvardı Əli Daei idi. AÇ-2020-də mübarizəsini davam etdirən Portuqaliya yığmasının hücumçusu daha bir qol vura bilsə, mütləq rekordçuya çevriləcək.

Bundan başqa, Ronaldo dünya və Avropa çempionatlarında vurduğu qolların sayını da 21-ə çatdırıb. Bu isə yeni rekord deməkdir. Əvvəlki rekord Almaniya yığmasının sabiq hücumçusu Miroslav Klozeyə məxsus idi - 19 qol. Portuqaliyalı futbolçu 21 qoldan 7-sini mundialda, qalanını isə qitə birinciliklərində vurub.

Qeyd edək ki, Portuqaliya - Fransa matçında məhsuldar heç-heçə qeydə alınıb - 2:2.

Sonda onu da xatırladaq ki, Kristiano Ronaldo bu AÇ-də forma geyinməklə həm də 5 ayrı Avropa çempionatında oynamış ilk futbolçu kimi tarixə düşüb.