“Qəbələ”də yeni məşqçilər
- 12:30
- 33
“Qəbələ”nin məşqçilər korpusuna iki yeni mütəxəssis cəlb olunub.
Rekord.az xəbər verir ki, baş məşqçi Jeton Bekiriyə köməkçi məşqçi Burhan Emurlai və məşqçi-analitik Arvid Bregasi kömək edəcəklər.
Qeyd edək ki, Amil Ağacanov (qapıçılar üzrə məşqçi), Miloş Yevtiç (fiziki hazırlıq üzrə məşqçi) və Manaf Kələntərli (məşqçi-analitik) məşqçilər korpusunda fəaliyyətlərini davam etdirəcəklər.