PSJ futbol üzrə Fransa çempionatının 6-cı turunda Lion “Olimpik”inə 2:1 hesabıyla qalib gəlib.

Rekord.az xəbər verir ki, Paris təmsilçisinin yeni transferi Lionel Messi qarşılaşmanın 76-cı dəqiqəsində, hesab 1:1 olarkən Əşrəf Hakimi ilə əvəzlənib.

Meydanı tərk etməsinə görə qəzəblənən argentinalı futbolçu, oyundan çıxarkən komandanın baş məşqçisi Maurisio Poçettinonun əlini sıxmayıb. Argentinalı hücumçu bu hərəkətlə həmyerlisinə etirazını bildirib.

Bu, Messinin Paris klubunun heyətində üçüncü oyunu idi. O, hələlik yeni komandasında qol hesabını aça bilməyib. PSJ ilə Messi arasında avqustun 10-da 2 illik müqavilə imzalanıb.