 
        “Kəpəz” məşqləri bərpa etdi
- 16 Sen 2020 20:00
- 855
Birinci Divizionda yeni mövsümə hazırlığını davam etdirən “Kəpəz” iki günlük istirahətdən sonra məşqləri bərpa edib.
Rekord.az xəbər verir ki, komanda Gəncə şəhər stadionunun süni örtüklü meydançasında hazırlaşır.
“Sarı-göylər” səhər və axşam olmaqla gündə iki dəfə məşq keçir. Toplanış dövründə Gəncə klubu yoxlama oyunu da keçirməyi planlaşdırır.
 
                 
                         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
        