Bu yazımızda sizə dünya çempionatları və eləcə də Avropa çempionatları  tarixində yaxşı mənada yadda qalan 10 milli komanda haqqında söhbət açacağıq.  Rekord.az xəbər verir ki, bu milli komandalar  müxtəlif illərdə keçirilən dünya və Avropa çempionatlarında özlərinəməxus oyun tərzləri və qazandıqları nəticələrlə futbol azarkeşlərinin yaddaşında iz buraxıblar. Sıralamanı 10-dan 1-ə kimi prinsipi ilə sizə 
təqdim edirik. Beləliklə: 


10. Avstriya 1931-34
Uğurları: Mərkəzi Avropa kubokunun qalibi 1931-32. DÇ-1934-ün yarımfinalçıdı. Baş qəhrəmanı: Mattias 
Sindelar. Baş məşqçi: Hüqo Maysl.

1930-cu illərin əvvəlində Avropada sanki lirik futbol oynayan bir komanda var idi. Bu, Avstriya millisi idi. 
1920c-i illərin sonlarında bünövrəsi qoyulan komanda 1930-cu illərin əvvəllərində nəticə verdi. Komanda 
o dövr üçün klassik hesab olunan 2-3-5 taktiki sxemi ilə oynayırdı. Mattias Sindelar isə tipik mərkəz 
hücumçusu idi. Mayslın komandası 1931-32-ci illər ərzində 11 ardıcıl məğlubiyyətsiz oyun keçirdi, 44 qol 
vurdu.  Mərkəzi Avropa Kubokunun qalibi olandan sonra çoxlarının gğzləmədiyi halda 1934-cü il 
mundialının yarımfinalına qədər irəliləməyi də bacardılar. 

Sonluq
1937-ci ildə Mayslın dünyasını dəyişməsi bu əfsabəvi komandanın da sonu oldu. 1938-ci ildə isə Avstriya 
Almaniyanın tərkibinə qatılaraq müstəqilliyini itirdi. Sindelar isə birləşmiş millinin tərkibində 
oynamaqdan imtina etdi. 1939-cu ildə isə o da dünyasını dəyişdi. Avstriya millisi həmin tarixdən bu günə 
heç bir ciddi uğura imza ata bilməyib.

9. Braziliya 2002
Uğurları: DÇ-2002-nin qalibi. Əsas qəhrəmanlar: Ronaldo, Rivaldo, Ronaldinyo. Baş məşqçi: Lusi Gelipe 
Skolari.

Bu dövrün Braziliyası haqqında geniş danışmağa ehtiyac yoxdur. Heyətində Ronaldo, Rivaldo, Roberto 
Karlos, Ronaldinyo, Kafu kimi ulduzların yer aldığı komanda DÇ-2002-nin favoriti göstərilirdi ki, yekunda 
da bu titula sahib oldular. Ronaldo isə mundialın bombardiri və ən yaxşı futbolçusu oldu. 

Sonluq
DÇ-2002-dən iki il sonra Braziliya millisi Amerika Kubokunu, bundan da iki il sonra isə Konfederasiyalar 
Kubokunu qazandı. Ancaq bu, tamam yeni komanda idi. Skolarisiz, Romaldosuz, Rivaldosuz. Həmin 
komandada artıq Perreyra baş məşqçilik edir, Adriano, Robinyo və Kaka oynayırdı.

8.  Almaniya 1970-76
Uğurları AÇ-1972-nin və DÇ-1974-ün qalibi. AÇ-1976-nın gümüş, DÇ-1970-in bürünc mükafatçısı. Əsas 
qəhrəman: Frants Bekkenbauer, Herd Müller, Mayer, Braytner. Baş məşqçi: Helmut Şön.

Almaniya futbol tarixinin ən şansı illəri. O vaxt ölkə FR (Almaniya Federativ Respublikası) adıanırdı. 
Helmut Şönün rəhbərlik etdiyi komandada liderliyio Bekkenbauer edirdi. Hazırda Azərbaycan millisinin 
baş məşqçisi postunu tutan Berti Foqtsu da həmin komandanın əvəzolunmaz futbolçularından idi. AÇ-
1972-də finalda SSRİ-ni məğlub edən almanlar iki il sonra dünya çempionatının finalında Kroyflu 
Hollandiyanı da məğlub edərək 4 il ərzində həm Avropa, həm də dünya çempionu adına sahib çıxdılar. 
AÇ-1976-da isə titullarını qoruya bilmədilər və finalda Çexoslavakiyaya uduzdular. 

Sonluq
Beükkenbauerin nəsli artıq yavaş-yavaş futboldan gedirdi. AÇ-1980-ın seçmə mərhələsinə hazırlaşan 
Almaniya millisi isə tamamilə yeni futbolçulardan qurulmuş yeni bir heyət idi.


7. Fransa 1998-2000
Uğurları: DÇ-1998-in və AÇ-2000-in qalibi. Baş qəhrəman: Zinəddin Zidan, Didye Deşam, Lilian Türam, 
Tyerri Anri. Baş məşqçi: Eme Jake, Roje Lemyer.

Fransa millisinin tarixində ən uğurlu dönəm. Komanda öncə 1998-ci ildə dünya çempionu olur, 2000-də 
isə Avropa çempionu tituluna yiyələnir. Bununla da Zinəddin Zidanın lider olduğu Fransa millisi 80-ci 
illərdə Mişel Platininin liderlik etdiyi Fransa millisini geridə qoyur. 2000-ci ild Fransa Avropanın ən güclü 
millsi, Zidan isə ən yaxşı futbolçusu seçilir. Zidandan başqa, komandanın heyətində Deşam, Lizarazyu, 
Anri, Düqarri. Petit, Trezeqe, Loran Blan kimi ulduzlar da forma geyinirdi.

Sonluq
DÇ-2002-ə dünya və Avropa çempionu kimi gedən fransızlar hər kəsi şoka salaraq, qrupdan çıxa 
bilmədilər. O gündən bu günə Fransa nə dünya çempionu ola bilir, nə də Avropa.


6. Macarıstan 1950-54
Uğurları: DÇ-1954-ün ikincisi, 1952-ci il Helsinki olimpiadasının qalibi, 31 oyunluq məğlubiyyətsizlik 
seriyasının müəllifi, futbolun yaradıcıları ingilisləri öz meydançalarında məğlub edən ilk komanda. Baş 
qəhrəman: Perst Puşkaş, Koçiş, Xideqkuti, Bojiç. Baş məşqçi: Qustav Şebeş.

Ötən əsrin 50-ci illərində Avropada fırtına kimi əsən bir Macarıstan millisi var idi. Hansı ki, Ferenst Puşkaş 
kimi lideri var idi. Məhz bunun nəticəsi idi ki, macarlar 1952-ci ildə Olimpiya çempionu adını qazandılar. 
1954-cü il mundialında isə heç kimin gözləmədiyi halda finalda Almaniyaya 2:3 hesabı ilə uduzaraq 
gümüş medalla kifayətləndilər. Hansı ki, həmin almanları qrupda 8:3 hesabı ilə məğlub etmişdilər və 
finalda da hesabda 2:0 öndə idilər. Bununıla belə, heyətində Puşkaş və Koçiş kimi futbolçuların yer aldığı 
Macarıstan millisi ö dğvrün futbol azarkeşlərinin yaddaşında dərin iz buraxa bildi.

Sonluq
1956-cı ildə millidə böyük dəyişikliklər oldu. İlk növbədə Puşkaş və Koçiş tarixi vətənlərinə qayıtdılar və 
Macarıstanı tərk edilər. Bununla da yeni komanda quruldu və əfsanəvi milli yaddaşlara köçdü.

5. İtaliya 1934-38
Uğurları: Mərkəzi Avropa Kubokunun qalibi-1930 və 1935-ci illər. DÇ-1934-ün və DÇ-1938-ci ilin qalibi, 
1936-cı il Olimpiadasının qızıl medalçısı, 30 matçıq məğlubedilməzlik seriyasının müəllifi. Baş qəhrəman: 
Messa, Skyavio, Frosso, Piola. Baş məşqçi: Vittorio Posso.

O dövrün İtaliyasını Mussolinin komandası da adlandırırdılar. Çnüki o, futbolu çox sevirdi.  1930-cu ildə 
Mərkəzi Avropa Kubokunu qazanan milliyə ümidlər böyük idi. Bütün İtaliya inanırdı ki, bu komanda 
1934-cü ildə elə İtaliyada keçiriləcək mundalın da qalibi adını qazanacaq. Dahi Possonun komandası 
bunu bacardı. Bu qələbədə İtaliya futbolunun əfsanələrindən olan cüzeppe Meatsa ilə Piolanın da 
danılmaz xidmətləri oldu.  Ardınca bu komanda 1936-cı ildə Berlində keçirilən Olimpiadanınm da qalibi 
adını qazandılar. Qeyd edək ki, o dövr olimpiya oyunları öz nüfuzuna görə heç də dünya çempionatından 
geri qalmırdı. Annibale Frossi isə 7 qolla turnirin bombardiri oldu. 1938-ci il mundialını isə italiyanlar FİFA 
prezidenti Jül Rimenin gözləri qarşısında qazandılar. Özü də ¼ finalda Rimenin həmyerliləri fransızları 
60 000 azarkeşin gözü önündə məğlub etdilər.

Sonluq

İkinci Dünya müharibəsinin başlanması futbolun da sonu oldu. Müharibədən sonra İtaliya millisi yenidən 
toparlansa da artıq nə əvvəllki futbolçular var idi, nə də baş məşqçi.


4. Hollandiya 1974-78
Uğurları: DÇ-1974-ün və DÇ-1978-in  finalçısı, AÇ-1976-nın yarımfinalçıdı. Əsas qəhrəmanlar: Yoxan 
Kroyf, Neeskens, Xcaan, Rensenbronk. Baş məşqçilər: Mixels, Knobel, Evartkrusy, Xappel.

Çoxları “uçan hollandlar” ifadəsini çox eşidib. Bax həmin ifadə məhz Hollandiya millisinin 70-ci illərdə 
sərgilədiyi oyundan sonra yarandı. Mixael Knobelin ilk dəfə tətbiq etdiyi total futbolla Hollandiya bütün 
dünyanı heyran qoydu.  Düzdür, Kroyfun lider olduğu hollandlar dünya və Avropa çempionu ola 
bilmədilər. Amma 1974 və 1978-ci il mundiallarınmda final oynamaqla qızıla bərabər gümüş medal 
qazandılar. “Total futbol”u isə bütün dünyaya tanıtdılar.

Sonluq
1978-ci ildən sonra Kroyfun nəsli millidən getdi. Bundan sonra Hollandiya tarixi nətocə üçün 10 il 
gözləməli oldu və 1988-ci ildə Qullitli, Raykardlı, van Bastenli, Kumanlı Hollandiya millisi Avropa 
çempionu adını qazandı.

3. İspaniya 2008-2012
Uğurları: AÇ-2008-in, DÇ-2010 və AÇ-2012-nin qalibi. Əsas qəhrəmanlar: İker Kasilyas, Xavi, İnyesta, 
David Vilya. Baş məşqçilər:  Luis Araqones, Vinsente del Boske.

Əslində 2008-ci ilə qədər ispaniya heç vaxt favoritlər sırasında olmayıb. Nə dünya, nə də Avropa 
çempionluqları olub. Məhz yeni nəsl 2008-ci ildə Avropa çempionu olmaqla həm də yeni ernaın əsasını 
qoydular. Kasilyas, Puyol, Xavi, İnyesta, David Silva, Torres kimi futbolçular 2008-20012-ci illər aralığında 
iki dəfə Avropa, bir dəfə isə dünya çempionu oldular. Bununla da tarixi nəticələrə imza atdılar. Bu, həm 
də “Barselona”nın Avropada məğlub edilməz komanda imicini qazandığı dönəmlə üst-üstə düşürdü. 

Sonluq

Hər şeyin sonu olduğu kimi, ulduzlar toplusu İspaniyanın da sonu oldu. Bu son isə elə DÇ-2014-ə təsadüf 
etdi. Son dünya və Avropa çempionları qrupdan çıxa bilmədilər. Bununla da məlum oldu ki, İspaniya 
millisinə yeni nəsl, yeni nəfəs. Yeni heyət lazımdır.


2. Braziliya 1970
Uğurları: DÇ-1970-in qalibi. Baş qəhrəmanlar: Jarjinyo, Pele, Jersin, Rivelino, Karlos Alberto Torres. Baş 
məşqçi: Mario Zaqalo

DÇ-1970-də 6 oyuna 6 qələbə qazanaraq dünya çempionu olan heyətdə kimlər yox idi: Pepe, Jerson, 
Jarzinyo, Karlos Alberto,  Rivelino, Tostao və digərləri. Mario Zaqalonun baş məşqçisi olduğu milli heç bir 
problemlə üzləşmədən dünya çempionu adını qazandı. Braziliyalılar həmin mundialda sadəcə, 
qarşısıalınmaz idi. Hətta onları NASA ilə müqayisə edirdilər. 

Sonluq
DÇ-1074-dən sonra Pele başda olmaqla, Jerson, Karlos Alberyo kimi aparıcı futbolçular millidən getdi. 
Artıq braziliyalılar öz dövrlərini total futbolun yaradıcıları hollandalara verməkdə idi.


1. Braziliya 1958-1962
Uğurları: DÇ-1958 və DÇ-1962-nin qalibi. Baş qəhrəmanlar: Qarrinça, Pele, Vava, Didi, Zaqalo. Baş 
məşqçilər: Visente Feola, Aymur Moreyra.

Dünya futbolunun ən dahi komandası. Yuxarıda qəhrəmanların adlarını oxumaq kifayət edər ki, bu 
komandanın dahiliyinə şübhə olmasın. Məhz bunun nəticəsi idi ki, ard-arda iki mundialda Braziliya 
rəqib tanımadı.  DÇ-1958-də Braziliyanın yarımfinal və finalda rəqiblərinin qapısına 5 qol vurması da 
buna sübutdur.

Sonluq
Buna bir başlanğıcın da sonu demək olar. 1966-cı il mundialına Braziliya getmədi. Pele başda olmaqla 
ulduzl futbolçularına qarşı rəqiblər tərəfindən qəddar oyuan etiraz edərək. 4 il sonra onlar yenidənq 
ayıtdı və bunu çempionluqla “yudular”.