"Neftçi" basketbol komandası Avropa Kubokunun əsas mərhələsində mübarizəyə start verib.


Rekord.az xəbər verir ki, "ağ-qaralar" ilk oyununda səfərdə Polşada "Trefl" komandası ilə qarşılaşıb.


Görüş rəqibin 92:63 hesablı qələbəsi ilə başa çatıb.


I qrupunun digər matçında Azərbaycanın digər təmsilçisi "Abşeron Lions" oktyabrın 16-da Estoniyanın "Kalev" komandasını qəbul edəcək.