
Ramiz Məmmədov: "Bizi çətin oyun gözləyir"
- 15:00
- 46
Həftə sonu I Liqa çərçivəsində "Şimal"ı qəbul edəcək "Mingəçevir" matçın hazırlıqlarını doğma şəhərində davam etdirir.
Rekord.az xəbər verir ki, Mingəçevir təmsilçisi qələbə təqdirində 3-cü pilləyə də yüksələ bilər.
Çünki hazırda 3-cü pillədə olan "Baku Sportinq" lider "Şəfa" ilə qarşılaşacaq və xal itirmək ehtimalı var. "Mingəçevir"İn baş məşqçisi onları çəti oyun gözlədiyini bildirib: "Şimal" ötən turda liderlərdən olan "Səbail"lə heç-heçə oynayıb. Bu da rəqibin gücündən xəbər verir. Ciddi hazırlaşırıq, uşaqlar da oyunun məsuliyyətini başa düşür. İlk növbədə öz oyunumuzu düşünürük, digər komandaların oyunu və nəticələri bizi marqlandırmır".