Bu gün qadın voleybolçular arasında Yüksək Liqanın I turu çərçivəsində növbəti oyun keçirilib. "Rekord.az" xəbər verir ki, UNEC VK-nın idman zalında baş tutan qarşılaşmada UNEC və “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gəliblər.

Görüş gərginliyi ilə yadda qalıb. Tərəflər hərəyə iki set qazandığından oyunun taleyinə tay-brekdə aydınlıq gəlib. Həlledici hissədə üstün olan UNEC görüşü 3:2 hesabı ilə qalib başa vurub.

Yüksək Liqa 

I tur

15 oktyabr

   UNEC - “Milli Aviasiya Akademiyası” 3:2 (25:20, 19:25,  23:25, 25:20, 15:13)