“Kəpəz” daha bir futbolçunun keçidini həll edib.


Rekord.az xəbər verir ki, “sarı-göylər” Şahmar Aşurovu heyətinə qatıb. 


21 yaşlı hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.


Xatırladaq ki, Aşurov son olaraq “Zirə” klubunun formasını geyinib.