UEFA Gənclər Liqasının əsas mərhələsində "Qarabağ"ın U-19 komandasının İspaniyada "Atletik"ə qarşı keçirəcəyi oyunun təyinatları bəlli olub.


Rekord.az xəbər verir ki, qarşılaşmanı İsraildən olan hakim briqadası idarə edəcək.


FIFA referisi Qal Leviyə həmyerliləri Haz Orpaz Hen və Zeev Vladimir Frenkel kömək göstərəcəklər.


Dördüncü hakim funksiyasını ispaniyalı Con Andrade Del Olma yerinə yetirəcək.


Qarşılaşma oktyabrın 22-də Bilbao şəhərində, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.