
Şəmkirdə güləş tədbiri
- 10:30
- 33
Şəmkir Olimpiya İdman Kompleksində şəhid Məmmədov Vacib Zabit oğlunun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi açıq birincilik təşkil edilib.
Rekord.az xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Rəsmi açılış mərasimində çıxış edənlər yarışın əhəmiyyətindən bəhs edərək idmançılara uğurlar arzulayıblar. Birincilikdə Qazax, Tovuz, Ağstafa, Şəmkir rayonlarından və Gəncə şəhərindən ümumilikdə 108 idmançı müxtəlif çəki dərəcələrində mübarizə aparıb. Yarışın yekununda fərqlənən idmançılar medal və diplomlarla təltif olunublar.