
"Kəpəz" Qəbələ stadionu ilə nə qədər müqavilə bağlayıb?
- 13:00
- 64
Gəncə stadionu hazır olmadığı üçün "Kəpəz" ev oyunlarını Qəbələdə keçirir.
Rekord.az xəbər verir ki, son vaxtlar Kaxaber Sxadadzenin istəyi ilə "Kəpəz"in Qəbələdən çıxarılacağına dair xəbərlər yayılsa da, Gəncə klubu bunu təkzib etdi.
Lakin "Kəpəz"in istənilən halda, qışa qədər Qəbələdən ayrılması mümkündür. Əldə etdiyimiz məlumata görə, noyabrın 1-də təbii örtüklə əvəzlənmiş Tovuz stadionu da istifadyəyə veriləcək və bundan sonra "Kəpəz"in qonşu rayona gedəcəyi gözlənilir. Klubun mətbuat katibi Gəray Qiyasov bununla bağlı bir söz deməsə də, Qəbələdən daha erkən ayrılacaqlarını istisna etmədi: "Bizim onsuz da Qəbələ stadionu ilə müqaviləmiz mövsümün sonuna kimi deyil. Çünki hər şey qaydasında olsa, mart-aprel aylarında Gəncə stadionunda oynamaq şansımız var. Biz də çox ümid edirik ki, ən azı mövsümün son oyunlarını doğma stadionumuzda keçirəcəyik",