
2-ci Liqa komandalarının cəzası açıqlandı
- 16:00
- 40
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda 2-ci Liqanın 5-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Dinamo” – “Kür-Araz” oyununda “Kür-Araz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilib.
“Ağstafa Gəncləri” – “Ağdaş” oyununda “Ağstafa Gəncləri” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilib.
“Quba” – “Göygöl” oyununda “Göygöl” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Göygöl” komandası 70 manat cərimə edilib.
“Sheki City” – “Şəmkir” oyununun 82-ci dəqiqəsində “Sheki City” komandasının 6 nömrəli futbolçusu Elvin Dəmirov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Sheki City” komandası 50 manat cərimə edilib.
“Sheki City” – “Şəmkir” oyununda “Şəmkir” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilib.
“Sheki City” – “Şəmkir” oyununun matçöncəsi iclasında “Şəmkir” komandasının nümayəndəsi iştirak etmədiyinə görə “Şəmkir” komandası 150 manat cərimə edilib.