
“Ağdaş”ın futbolçusu və baş məşqçisi 4 oyunluq cəzalandırıldı
- 15:40
- 36
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Azərbaycan Kubokunun 1-ci təsnifat mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Sheki City” – “Araz Saatlı” oyununun 86-cı dəqiqəsində “Araz Saatlı” komandasının 49 nömrəli futbolçusu Pərviz Eyvazov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Araz Saatlı” komandası 50 manat cərimə edilib.
“Qaradağ Lökbatan” – “Ağdaş” oyununun 45-ci dəqiqəsində “Ağdaş” komandasının baş məşqçisi Ruslan Hüseynov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Ağdaş” komandası 1000 manat cərimə edilib.
“Qaradağ Lökbatan” – “Ağdaş” oyununun 62-ci dəqiqəsində “Ağdaş” komandasının 1 nömrəli futbolçusu Ümid Paşayev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Ağdaş” komandası 100 manat cərimə edilib.
“Qaradağ Lökbatan” – “Ağdaş” oyununun 76-cı dəqiqəsində “Ağdaş” komandasının 10 nömrəli futbolçusu Ülvi Sarıyev ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Ağdaş” komandası 1000 manat cərimə edilib.
“Qaradağ Lökbatan” – “Ağdaş” oyunu bitdikdən sonra “Ağdaş” komandasının 11 nömrəli futbolçusu Elvin İsmayılovun hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Ağdaş” komandası 250 manat cərimə edilib.
“Dinamo” – “Kür-Araz” oyununda “Kür-Araz” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilib.
“Dinamo” – “Kür-Araz” oyununun 42-ci dəqiqəsində “Kür-Araz” komandasının 3 nömrəli futbolçusu Eltun Həsənli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Kür-Araz” komandası 50 manat cərimə edilib.
“Dinamo” – “Kür-Araz” oyununun 120-ci dəqiqəsində “Kür-Araz” komandasının 17 nömrəli futbolçusu Rəvan Quluzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Kür-Araz” komandası 50 manat cərimə edilib.
“Ağstafa Gəncləri” – “Şirvan” oyununda “Ağstafa Gəncləri” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilib.
“Göygöl” – “Şəmkir” oyununda “Göygöl” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Göygöl” komandası 70 manat cərimə edilib.
“Göygöl” – “Şəmkir” oyunu “Şəmkir” komandasının qapıçısının formasında problem olması səbəbindən gec başladığına görə “Şəmkir” komandası 150 manat cərimə edilib.
“Quba” – “Xankəndi” oyununda “Quba” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Quba” komandası 70 manat cərimə edilib.