
Balotelli 3 il sonra İtaliya millisində
- 25 Yan 2022 11:46
- 586
"Adana Demirspor"un futbolçusu Mario Balotelli 2018-ci ilin sentyabrından sonra ilk dəfə İtaliya millisinə çağırılıb.
Rekord.az İtaliya Futbol Federasiyasının "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, baş məşqçi Roberto Mançini yanvardakı təlim-məşq toplanışı üçün 31 yaşlı hücumçuya da dəvət göndərib.
Qeyd edək ki, İtaliya 26-28 yanvar tarixlərində DÇ-2022-nin pley-off mərhələsinə hazırlıq məqsədi ilə təlim-məşq toplanışı keçəcək.