
Azərbaycan millisi 1/4 finala yüksəldi
- 23 Avq 2025 22:41
- 42
Azərbaycanın 3x3 basketbol millisi Dünya Qadın Seriyasının Səbail mərhələsinin 1/4 finalına yüksəlib.
Rekord.az xəbər verir ki, Fəvvarələr Meydanında baş tutan yarışda yığma qrupda ikinci yeri tutub.
B qrupunda yer alan kollektiv ilk görüşdə Çexiyaya (15:17) uduzsa da, Filippinə qalib gəlib - 21:14.
Azərbaycan millisi sabah 1/4 finalda "Rapid" (Rumıniya) klubu ilə qarşılaşacaq.