
“Vest Hem”dən “Fənərbağça”ya
- 17:20
- 34
Türkiyənin "Fənərbağça" klubu İngiltərə Premyer Liqası təmsilçisi "Vest Hem"də çıxış edən Edson Alvaresi icarə əsasında heyətinə qatıb.
Rekord.az xəbər verir ki, bu barədə "sarı-lacıvərdlilər"in mətbuat xidməti məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçi cari mövsüm "Fənərbağça"nın uğurları üçün çalışacaq.
Meksika millisinin üzvü olan Edson Alvares 2023-cü ildən "Vest Hem"də çıxış edir.