
“Qarabağ”ın oyununa 30 minə yaxın bilet satılıb!
- 18:00
- 67
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Ferentsvaroş” (Macarıstan) oyununa satılan bilet sayı məlum olub.
Rekord.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, oyuna artıq 30 minə yaxın bilet satılıb.
“Qarabağ” – “Ferentsvaroş” oyunu avqustun 27-də, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də başlayacaq. Səfərdəki ilk oyunda “Qarabağ” 3:1 hesablı qələbə qazanıb.