
“Qarabağ”dan ayrılan Veşoviçin yeni klubu bəlli oldu
- 18:00
- 36
Bu yay "Qarabağ"dan ayrılan Marko Veşoviçin yeni klubu məlum olub.
Rekord.az xəbər verir ki, 34 yaşlı müdafiəçi karyerasını Xorvatiyada davam etdirəcək.
Təcrübəli futbolçu Zaqreb klubu "Lokomotiva” ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla bağlanan müqavilənin müddəti hələlik açıqlanmayıb.
Veşoviç 2021-ci ildən "Qarabağ"da çıxış edirdi. Monteneqrolu futbolçu Ağdam təmsilçisində 134 oyuna çıxıb, 5 qol vurub və 16 məhsuldar ötürmə verib.
Xatırladaq ki, Veşoviçin "Turan Tovuz"a da keçidi gündəmdə idi. Lakin o, Xorvatiyaya yollanmağı üstün tutub.