
“Çelsi”nin futbolçusu La Liqa klubunda
- 19:00
- 32
İspaniya La Liqası təmsilçisi "Vilyarreal" "Çelsi"nin (İngiltərə) müdafiəçisi Renato Veyqanı transfer edib.
Rekord.az xəbər verir ki, bu barədə "sarı sualtı qayıqlar"ın mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı oyunçu ilə 2032-ci ilə qədər müqavilə imzalanıb.
Veyqa ötən mövsümün ikinci yarısını icarə əsasında "Yuventus"un (İtaliya) heyətində keçirib. O, bütün yarışlarda 33 oyuna çıxıb, 2 qol vurub, 2 məhsuldar ötürmə verib.