
“Mançester Siti”də yeni müqavilə
- 17:00
- 34
İngiltərə Premyer Liqası təmsilçisi "Mançester Siti" müdafiəçisi Ruben Diasla müqavilənin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı portuqaliyalı futbolçu 2029-cu ilə qədər "şəhərlilər"in uğurları üçün çalışacaq.
Onun əvvəlki sözləşməsinin müddəti 2027-ci ildə başa çatacaqdı.
Qeyd edək ki, Dias 2020-ci ildən "Mançester Siti"də çıxış edir. O, komandanın heyətində keçirdiyi 222 oyunda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.