
“Sabah”da yeni basketbolçu
- 16:40
- 33
"Sabah" klubu heyətini yerli basketbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, paytaxt klubu Hüseyn Məmmədovu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gənc oyunçu ilə 2+1 illik müqavilə bağlanıb.
2 metr boya malik oyunçunun 18 yaşı var. O, 18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin üzvüdür.