
Millimizin oyunlarının vaxtı müəyyənləşdi
- 15:52
- 52
Azərbaycanın 3×3 basketbol millisinin Dünya Qadın Seriyasının Səbail mərhələsindəki oyunlarının vaxtı müəyyənləşib.
Rekord.az xəbər verir ki, yığma B qrupunda ilk görüşünü avqustun 23-də, saat 18:30-da Çexiyaya qarşı keçirəcək.
Ardınca milli komanda saat 20:10-da Filippinə qarşı mübarizə aparacaq.
Qrupda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar.
Bakıda keçiriləcək turnir avqustun 22-dən 24-dək davam edəcək.