
Azərbaycanlı mütəxəssis beynəlxalq məşqçilik kursunda
- 17:40
- 30
Basketbol üzrə U-12 Liqasında "Ordu" klubunun baş məşqçisi olan, eyni zamanda Bakı Basketbol Akademiyasında məşqçilik edən Ləman İbrahimova Macarıstan İdman Elmləri Universitetində təşkil olunan beynəlxalq məşqçilik kursuna qəbul olunub.
Bu barədə Rekord.az Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
O, adıçəkilən universitetdə kursa qəbul olunan ilk azərbaycanlı məşqçidir.
Proqram Beynəlxalq Olimpiya Komitəsinin “Olympic Solidarity” dəstəyi ilə həyata keçirilir.