Bu gün futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Rekord.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçiriləcək və saat 16:00-da başlayacaq.

Püşkatmada Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi məlum olacaq. “Köhlən atlar” Çempionlar yolunda səpələnmişlər səbətində yer alacaq.

Püşkatmadan öncə UEFA komandaları qruplara bölüb. “Qarabağ” 3-cü qrupda yer alıb. Təmsilçimiz üçün üç mümkün variant var:

Səpələnmişlər
Qarabağ (Azərbaycan)

Səpələnməmişlər
Şerif (Moldova) – Dandalk (İrlandiya) cütünün qalibi
Legiya (Polşa) – Drita (Kosovo) cütünün qalibi
Klasksvik (Farer adaları) – Dinamo (Tbilisi, Gürcüstan) cütünün qalibi