Azərbaycanlı hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.

Rekord.az xəbər verir ki, o, Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Rostov” (Rusiya) – “Makkabi” (Hayfa, İsrail) matçının hakim-inspektoru təyin olunub.

Xudiyev Çexiyadan olan Petr Ardeleanunun rəhbərlik etdiyi hakimlər briqadasının işinə qiymət verəcək.

Qeyd edək ki, “Rostov” - “Makkabi” matçı sentyabrın 24-də Rostovdakı “Rostov Arena”da keçiriləcək.