“Zirə”nin futbolçusu Rikardo Martins “Gima” Afrika Millətlər Kubokunda iştirak etmək üçün Mozambik milli komandasına dəvət alıb.


Rekord.az xəbər verir ki, bu səbəbdən o "İmişli"ylə növbəti turda keçiriləcək oyunda iştirak edə bilməyəcək.


Yarımmüdafiəçi sabah Mozambik milli komandasının düşərgəsinə qoşulacaq.