Azərbaycan Kuboku: 2-ci təsnifat mərhələsinin oyun cədvəli
- 17:00
- 40
Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinin oyun cədvəli məlum olub.
Rekord.az xəbər verir ki, bu barədə PFL məlumat yayıb.
Üç günü əhatə edəcək mərhələnin dörd oyunu “CBC Sport” telekanalı vasitəsilə, digər qarşılaşmalar isə Peşəkar Futbol Liqasının “AzPFL” yutub kanalında canlı yayımlanacaq.
27 oktyabr (çərşənbə axşamı)
“Şimal” – “Araz-Naxçıvan”
Şamaxı şəhər stadionu, 14:00 (canlı / “CBC Sport”)
“Marafon” – “Zaqatala”
“Marafon Arena”, 14:00
“Kür-Araz” – “Sumqayıt”
“SOCAR Polymer Arena”, 17:00
“Qəbələ” – “Mingəçevir”
Qəbələ şəhər stadionu, 17:00
“Səbail” – “Zirə”
“Bank Respublika Arena”, 18:00 (canlı / “CBC Sport”)
28 oktyabr (çərşənbə)
“İmişli” – “Qaradağ Lökbatan” (canlı / “CBC Sport”)
Yevlax şəhər stadionu, 14:00
MOİK – “Şahdağ Qusar”
Binə qəsəbə stadionu, 14:00
“Hypers” – “Şamaxı”
Şamaxı şəhər stadionu, 14:00
“Şəfa” – “Ağstafa Gəncləri”
“SOCAR Polymer Arena”, 16:00
“Kəpəz” – “Baku Sportinq”
Gəncə şəhər stadionu, 19:00 (canlı / “CBC Sport”)
29 oktyabr (cümə axşamı)
“Xankəndi” – “Gəncəbasar”
Şamaxı OİK stadionu, 14:00
“Zəngəzur” – “Karvan Yevlax”
Binə qəsəbə stadionu, 14:00
Qeyd 1: “Şimal”–“Araz-Naxçıvan”, “Kür-Araz” – “Sumqayıt”, “Hypers” – “Şamaxı” oyunları ev sahiblərinin stadionlarının standartlara cavab verməməsi səbəbindən Əsasnaməyə uyğun olaraq aparılan proseslərin nəticəsində qonaq komandanın ev oyunlarını keçirdiyi stadionlarda baş tutacaq, qeyd olunan bütün təşkilati məsələləri cədvəldə adı 1-ci göstərilən klub həyata keçirəcək.
Qeyd 2: “Səbail” klubu Əsasnaməyə uyğun olaraq alternativ stadion təqdim edib. “Səbail” klubu 1-ci Liqada təqvim üzrə açıqlanmayan ev oyunlarını da “ Bank Respublika Arena”da keçirəcək.