Misli Premyer Liqasında VIII tura bu gün yekun vurulacaq.


Rekord.az xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək.


Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-da start götürəcək.


Qonaqlar hazırda 14 xalla dördüncü pillədə qərarlaşıb. Meydan sahibləri 4 xalla doqquzuncu sıradadır.


Tura Gəncədə yekun vurulacaq. "Kəpəz" doğma azarkeşlər önündə "Zirə"ni qəbul edəcək. Bu oyun saat 18:30-da başlayacaq. Bölgə təmsilçisi 10 xalla yeddinci, Bakı klubu 11 xalla altıncı yerdədir.


Misli Premyer Liqası


I dövrə, VIII tur


18 oktyabr


15:00. "İmişli" - "Turan Tovuz"


Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Kamran Bayramov, Mahmud Bağırzadə.


VAR: Kamranbəy Rəhimov.


AVAR: Gülnurə Əkbərzadə.


Hakim-inspektor: Zöhrab Qədiyev.


AFFA nümayəndəsi: Eldəniz Musayev.


Yevlax şəhər stadionu


18:30. "Kəpəz" – "Zirə"


Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Müslüm Əliyev, Ruslan Quliyev.


VAR: Rauf Cabarov.


AVAR: Kərim Zeynalov.


Hakim-inspektor: Əmrah İbrahimov.


AFFA nümayəndəsi: Kifayət Mustafayeva.


Gəncə şəhər stadionu


Xatırladaq ki, turun əvvəlki oyunlarında "Şamaxı" "Şəfa"nı (3:2), "Sumqayıt" "Araz-Naxçıvan"ı (2:1), "Sabah" - "Qəbələ"ni (4:0) məğlub edib. "Qarabağ" - "Neftçi" oyununda qalib müəyyənləşməyib - 3:3.