"Şəfa"nın futbolçusu: "Heç kim məni oteldən qovmayıb"
- 18:25
- 57
"Şəfa"nın futbolçusu Maudo Jarjue qaldığı oteldən qovulmasına dair yayılan xəbərlərə münasibət bildirib.
Rekord.az-a açıqlama verən futbolçu, bütün bunları tamamilə inkar edib.
Bildirib ki, borc söhbəti də tamamilə yalandı: "Tamamilə yalan söhbətdi. Bu haqda artıq açıqlama da vermişəm. Heç kim məni oteldən çıxarmayıb. Ümumiyyətlə, kiməsə borcumuz da yoxdur. Sağ olun, klub rəhbərliyi ilk gündən bütün ehtiyaclarımızı qarşılayır və bu günə qədər heç bir problemlə də üzləşməmişik".