“İmişli” bu gün Misli Premyer Liqasının 8-ci turunda “Turan Tovuz”u qəbul edib.


Rekord.az xəbər verir ki, 1:0 hesabı ilə qalib gələn bölgə komandasının məşqçisi Ervins Perkonsun oyundan sonra mətbuat konfransı keçirilib. Latviyalı mütəxəssis futbolçularının ilk hissədə möhtəşəm performans göstərdiklərini bildirib:


“Futbolçulara təşəkkür etmək istəyirəm. İlk hissədə möhtəşəm performans göstərdilər. Ortaya möhtəşəm enerji qoydular. İkinci hissədə artıq enerjimiz qalmamışdı. Düşünürəm ki, komandamız üç xal qazanmağa layiq idi.


Əsasən təzyiq və enerji məsələlərinə üstünlük verdik. Rəqibin əks cəhətlərinə fokuslandıq. Ümumi olaraq, komandanın düzülüşünü dəyişdik.


Hələ ki, buradayam. Baş məçqçi məsələsi ilə bağlı sualı rəhbərliyə vermək lazımdır. Çünki mən onlarla hələ danışmamışam. Bu barədə heç nə deyə bilmərəm. Nə qədər ki, buradayam, bacardığımı edəcəm”.