Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Almaniyanın Kotbus şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.


Bu barədə Rekord.az-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.


Fərdi proqramda Selcan Mahsudova 55.540 xalla qızıl mükafatın sahibi olub.