“İmişli” layiqli qələbə qazandı” - Berdıyev
- 17:30
- 41
“Turan Tovuz” bu gün Misli Premyer Liqasının 8-ci turunda “İmişli”nin qonağı olub.
Rekord.az xəbər verir ki, Yevlax Şəhər stadionunda keçirilən matçdan sonra bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı olub.
Türkmənistanlı çalışdırıcı 0:1 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:
“Düşünürəm ki, “İmişli” bu gün layiqli qələbə qazandı. Standart vəziyyətlərdən çəkinirdik və elə bu vəziyyətdən qol buraxdıq. Əldə etdiyimiz azsaylı imkanlardan fərqlənə bilmədik. Biz də standart vəziyyətlər üzərində çox işləyirik, çox fərqlənirik, amma bu gün alınmadı. Təəssüf ki, belə vəziyyətlərdən yararlana bilmədik”.