Azərbaycan Basketbol Liqasında III tura bu gün start veriləcək.


"Report"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.


"Naxçıvan" "Gəncə" ilə, "Neftçi" "Sumqayıt"la üz-üzə gələcək.


Milli Gimnastika Arenasındakı görüşlər müvafiq olaraq saat 15:00 və 18:00-da start götürəcək.


Xatırladaq ki, turun "Sabah" - NTD oyunu oktyabrın 19-da baş tutacaq. "LANDAU Lions" - "Ordu" matçı qeyri-müəyyən vaxta təxirə salınıb.