"Zirə"dən ayrılan futbolçu Fransa klubunda
- 17:00
- 18
"Zirə"dən ayrılan Ayron Qomisin yeni klubu müəyyənləşib.
Rekord.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi karyerasını "Troya"da davam etdirəcək.
Onunla 2 illik müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, sözügedən komanda Fransanın əsas çempionatında - Liqa 1-də mübarizə aparacaq.
Xatırladaq ki, Qomis 2024-cü ildən ötən aya qədər "Zirə"nin formasını geyinib.