"DH Volley" avrokuboklardakı ilk oyununda qələbə qazandı
- 00:12
- 39
Azərbaycanın qadın voleybolçulardan ibarət "DH Volley" klubu CEV Çelenc Kubokunun 1/32 final mərhələsində ilk oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Danimarkanın "Holte IF" komandası ilə üz-üzə gələn Bakı təmsilçisi 3:1 (25:14, 26:24, 22:25, 25:22) hesablı qələbə qazanıb.
Qarşılaşma Holte şəhərində təşkil olunub.
Komandalar arasında cavab oyunu noyabrın 5-də Bakıda keçiriləcək.