“Qarabağ” FK futbolçu Abbas Hüseynovla yollarını ayırıb. 


Rekord.az kluba istinadən xəbər verir ki, 2017-ci ildə “Qarabağ”a keçən müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 


O, komanda ilə birlikdə 7 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.


Ağdam təmsilçisi fbolçuya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.