“Araz-Naxçıvan” “Uypeşt”ə qalib gəldi
- 18:15
- 34
UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu keçirən "Araz-Naxçıvan" "Uypeşt"lə qarşılaşıb.
Rekord.az xəbər verir ki, görüş təmsilçimizin 5:4 hesablı qələbəsi ilə başa çatıb.
"Qırmızı-ağlar"ın heyətində Oktay Rüstəmli het-trik edib, digər qolları isə Fərid Ələkbərov və Kənan Manafov vurublar.
Komandamız növbəti oyununu sabah "Buba Mara"ya qarşı keçirəcək. Bosniya və Herseqovina çempionu ilə görüş saat 17:30-da başlayacaq.