Zirədə heç-heçə, Sumqayıtda əzmkar qələbə
- 20:44
- 39
Misli Premyer Liqasında 11-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.
Öncə “Araz-Naxçıvan” Sumqayıtda “Karvan-Yevlax”la qarşılaşıb. Oyunu Nicat İsmayıllı idarə edib. Üç qolluq matçda naxçıvanlılar əzmkar qələbəyə seviniblər.
Günün digər oyununda “Zirə” “Turan Tovuz”u qəbul edib. Oyunun baş hakimi FİFA referisi Əliyar Ağayev olub. Görüş qolsuz yekunlaşıb.
İlk oyun günündə “Şamaxı” “İmişli”yə (1:0) qalib gəlib, “Qəbələ” “Sumqayıt”a (0:2) uduzub. “Kəpəz” – “Sabah” və “Qarabağ” – “Neftçi” oyunları sabah keçiriləcək.
Misli Premyer Liqa
11-ci tur
8 noyabr
“Araz-Naxçıvan” – “Karvan” 2:1
Qollar: Hamidu Keyta, 65. Felipe Santos, 90+2-pen - Araz Abdullayev, 17.
Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Kərim Zeynalov, Kamran Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:44.
Araz-Naxçıvan: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev (k), 26. Ömər Buludov, 6. Patrik Andrade, 29. Vanderson Melo, 17. İssuf Paro, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 70. Çarlz Boli, 19. Bar Kohen.
Ehtiyat oyunçular: 12. Kristian Avram, 76. Süleyman Həsənov, 34. Ürfan Abbasov, 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 14. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta.
Baş məşqçi: Elmar Baxşıyev.
Karvan-Yevlax: 1. Kamran İbrahimov, 7. Araz Abdullayev (k), 32. Elvin Yunuszadə, 6. Vadim Abdullayev, 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 2. Şakil Sno, 11. Kayl Spens, 19. Tompson Qavi, 10. Samuel Durrant, 21. İmani Barker.
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 22. Qabil Əlizadə, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 5. Nika Çaçaşvili, 12. Vitor Roşa, 37. Mois Nqvisani, 8. Peter Kinqs, 4. Olavale Doyeni.
Baş məşqçi: Azər Həşimov.
“Zirə” – “Turan Tovuz” 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: İnqilab Məmmədov.
Zirə İdman Kompleksinin stadionu, 18:44.
Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 4. Ruan Renato, 25. Enrike Kustodio, 10. Georgi Papunaşvili, 30. Rikardo Martins, 93. Brahim Konate, 11. Junior Martins, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 70. Namik Ələskərov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 28. Leroy Mikels, 20. İssa Cibrilla, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Turan Tovuz: 1. Oleq Baklov, 29. Filip Ozobiç, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 2. Abdulla Rzayev, 77. Veysəl Rzayev, 99. İbrahima Vadji.
Baş məşqçi: Kurban Berdıyev.