"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.


Bu barədə Rekord.az-a klubdan məlumat verilib.


Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv Dameyn Smiti heyətinə qatıb. Yamaykadan olan vingerlə 5 illik müqavilə bağlanıb.


Qeyd edək ki, 20 yaşlı futbolçu daha əvvəl ölkəsinin "Rasinq Yunayted" və Birləşmiş Ərəb Əmirliklərinin "Nova Star" klublarında çıxış edib.