Bu gün Misli Premyer Liqasında 14-cü tura start verilib.

Rekord.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

Lider “Qarabağ” əsas izləyicisi “Zirə”nin qonağı olub. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Karvan” – “Şamaxı” matçı sabah, “Qəbələ” – “Turan Tovuz” və “Sabah” – “Neftçi” oyunları 8 dekabrda, “Araz-Naxçıvan” – “Kəpəz” və “Sumqayıt” – “İmişli” görüşləri isə 9 dekabrda keçiriləcək.

Misli Premyer Liqası
14-cü tur

6 dekabr

“Zirə” – “Qarabağ” 1:1
Qollar: İssa Cibrilla, 31 – Enrike Kustodio, 44-öz qapısına.
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 4. Ruan Renato, 25. Enrike Kustodio, 10. Georgi Papunaşvili, 30. Rikardo Martins, 20. İssa Cibrilla, 5. Ange Mutsinzi, 11. Junior Martins, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 48. Ramiz Muradov, 33. Əkbər Eyubov, 43. Əhliman Süleymanzadə, 28. Leroy Mikels, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Qarabağ: 99. Mateus Koxalski, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə (k), 27. Toral Bayramov, 81. Kevin Medina, 2. Mateus Silva, 9. Xoni Montiel, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 7. Nəriman Axundzadə, 32. Hikmət Cəbrayılzadə, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.