
“Zirə” və “Araz-Naxçıvan”dan heç-heçə
- 19 Avq 2025 21:52
- 44
Misli Premyer Liqasında 2025/26 mövsümünün ilk turunun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.
“Zirə” doğma meydanda “Araz-Naxçıvan”la üz-üzə gəlib. Qarşılaşma heç-heçə yekunlaşıb. Tərəflərə hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Xatırladaq ki, bu turun “Karvan” – “Qəbələ” və “Neftçi” – “Şamaxı” oyunlarında heç-heçə (1:1) qeydə alınıb. “Sumqayıt” “Kəpəz”ə 3:0 hesabıyla qalib gəlibsə, “İmişli” “Turan Tovuz” 0:1 uduzub. “Sabah” - “Qarabağ” görüşü isə təxirə salınıb.
Misli Premyer Liqası
1-ci tur
19 avqust
“Zirə” – “Araz-Naxçıvan” 1:1
Qol: İssa Cibrilla, 45+1 - Bəxtiyar Həsənalızadə, 65.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Elvin Bayramov.
Zirə İdman Kompleksinin stadionu.
Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 9. Davit Volkov, 10. Georgi Papunaşvili, 20. İssa Cibrilla, 5. Ange Mutsinzi, 11. Junior Martins, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 31. Eldar Tərlanov, 70. Namik Ələskərov, 21. Hacıağa Hacılı, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 43. Əhliman Süleymanzadə, 26. Stefan Akka, 28. Leroy Mikels, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Rəşad Sadıqov.
Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 6. Patrik Andrade, 29. Vanderson Melo, 17. İssuf Paro, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 70. Çarlz Boli, 19. Bar Kohen.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 5. Slavik Alxasov, 4. Rahil Məmmədov, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta.
Baş məşqçi: Elmar Baxşıyev.