Bu gün Misli Premyer Liqasında 32-ci tura yekun vurulub.

Rekord.az xəbər verir ki, son gündə 2 oyun baş tutub.

“Zirə” “Sumqayıt”ı, “Sabah” “Neftçi”ni qəbul edib. Hər iki oyuna eyni saatda (18:00) start verilib. Zirədəki görüşü Cavid Cəlilov, Masazırdakı oyunu Kamal Umudlu idarə edib. "Neftçİ" və "Zirə" rəqiblərinə qalib gələrək şanslarını davam etdiriblər.

Daha öncə “Araz-Naxçıvan” “Kəpəz”ə (2:0), “Şamaxı” “Turan Tovuz”a (3:2), “Qarabağ” “İmişli”yə (3:0) qalib gəlib, “Karvan-Yevlax” “Qəbələ”yə uduzub - 1:2. 

Misli Premyer Liqası
32-ci tur

17 may

“Zirə” – “Sumqayıt” 2:1
Qollar: Ruan Renato, 19-pen; 90+8-pen – Aleksandr Ramalinqom, 45.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev.
Zirə İdman Kompleksinin stadionu. 18:00.

Zirə: 97. Tyaqo Silva, 73. Anatoli Nuriyev, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 4. Ruan Renato, 10. Georgi Papunaşvili, 30. Rikardo Martins, 5. Ange Mutsinzi, 11. Junior Martins, 22. Eren Aydın.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 13. Aydın Bayramov, 70. Namiq Ələsgərov, 7. Rövlan Muradov, 19. Rüfət Abdullazadə, 29. Ceyhun Nuriyev, 26. Stefan Akka, 9. Davit Volkov, 93. Brahim Konate, 17. Ayron Qomis, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Sumqayıt: 22. Xəyal Fərzullayev (k), 7. Rüstəm Əhmədzadə, 29. Emil Mustafayev, 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 33. Danilo Beskorovaynı, 23. Ronaldo Vaskes, 95. Nsana Simon, 11. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 9. Aleksandr Ramalinqom, 6. Sedrik Badolo.
Məşqçi: Veliçko Kaplanoviç.

“Sabah” – “Neftçi” 1:2
Qollar: Aleksey İsayev, 3 – Andrey Ştoqrin, 9. İfeanyi Metyu, 70.
Hakimlər: Kamal Umudlu, Namik Hüseynov, Vüsal Məmmədov, Elvin Bayramov.
“Bank Respublika Arena”. 18:00.

Sabah: 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 9. Xəyal Əliyev, 11. Kahim Parris, 22. Zinedin Uld Xaled, 99. Patrik Mbina, 53. Andrey Santos.
Ehtiyat oyunçular: 92. Stas Pokatilov, 94. Rəvan Mirzəmmədov, 89. Cəfər Muxtarov, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 80. Akim Zedadka, 3. Stiv Solvet, 70. Jesse Sekidika, 13. İvan Lepinitsa, 7. Umarali Rahmonaliyev, 19. Aron Maluda, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.
Neftçi: 1. Emil Balayev, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 7. Emil Səfərov, 77. Falaye Sako, 6. Sessi Dalmeyda, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 70. Andrey Ştoqrin, 11. İmad Faraj, 10. Freddi Varqas.
Ehtiyat oyunçular: 13. Kenan Piriç, 91. Nurəziz Əzizov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyamski, 45. Vensan Abubakar, 14. Edvin Kuç, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 33. Breno Almeyda, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.