“Neftçi” ilə oyunda qırmızı vərəqə alaraq meydançadan qovulan Donald Gerye buna görə klub tərəfindən cəzalandırılmayacaq.

Rekord.az xəbər verir ki, baş məşqçi Rəşad Sadıqov futbolçusunun hərəkətini məsuliyyətsizlik kimi dəyərləndirməyib.

Bununla belə, daxil olan məlumata görə, futbolçuya bundan sonrakl oyunlarda daha diqqətli olmaq tapşırılıb.