Gənclər və İdman Nazirıiyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) 2026-cı il üçün təsdiq edilmiş təqvim planına əsasən, dağ velosipedi (MTB) üzrə ölkə kubokunun 3-cü mərhələsi keçirilib.


Rekord.az xəbər verir ki, Dağ Velosipedi Parkında təşkil olunan yarışda 30-dan artıq idmançı mübarizə aparıb.


Elit, U-23 və gənc oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin (ROEQİUGVM) təmsilçiləri fərqləniblər. Mirmövsüm Cəbrayılov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kamal İsmayılov 2-ci, Kənan Eyvazov isə 3-cü yeri tutub.


U-17 kateqoriyasında Əli Zeynalzadə, Toğrul Məmmədli və Kənan Eyvazov (hamısı ROEQİUGVM) müvafiq olaraq ilk 3 pillədə qərarlaşıblar.


U-15 yaş kateqoriyasında da ROEQİUGVM idmançıları hamıdan güclü olublar. Məhəmmədəli Ağazadə qızıl, Mirəli Miryəhyayev gümüş, Kamran Abdullayev isə bürünc medala layiq görülüb.