"Zirə" yeni futbolçu ilə anlaşıb.


Rekord.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.


"Qartallar" Lue Bayere Junioru heyətinə qatıb. Fildişi Sahilindən olan hücumçu ilə 2 illik müqavilə bağlanıb.


Xatırladaq ki, 25 yaşlı futbolçu daha əvvəl İsveçin "Hammarbü", "Frey", Serbiyanın "Jelezniçar", "Yvor" və Türkiyənin "Göztəpə" klublarında çıxış edib.